"Keşlə"nin Antalya toplanışındakı ilk rəqibi müəyyənləşib

"Keşlə"nin Antalya toplanışındakı ilk rəqibi müəyyənləşib Azərbaycanın daha bir komandası “Rabotniçki” ilə üz-üzə gələcək
Futbol
21 Dekabr , 2017 11:01
Keşlənin Antalya toplanışındakı ilk rəqibi müəyyənləşib

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın “Keşlə” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi ilk rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 26-da Makedoniya “Rabotniçki”si ilə qarşılaşacaq.

Gələn il yanvarın 23-dən fevralın 2-dək Antalyada hazırlqı keçəcək “Keşlə” 3 yoxlama oyunun qüvvəsini sınamağı planlaşdırır.

Qeyd edək ki, “Keşlə” 2008/09 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində “Rabotniçki” ilə qarşılaşıb. Bakıda makedoniyalılarla qolsuz bərabərə qalan Azərbaycan çempionu səfərdə 1:1 hesablı heç-heçə sayəsində növbəti mərhələyə yüksəlib. “Rabotniçki” yanvarın 24-də "Qəbələ" ilə də yoxlama oyunu keçirəcək.

Son xəbərlər

Orphus sistemi