"Keşlə" moldovalı qapıçısı ilə bağlı qərarını verdi

Futbol
  • 09 iyun, 2020
  • 13:03
Keşlə moldovalı qapıçısı ilə bağlı qərarını verdi
Stanislav Namaşko

"Keşlə" futbol klubu qapıçısı Stanislav Namaşko ilə yeni müqavilə imzalayacaq.

Bu barədə "Report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib.

49 yaşlı mütəxəssis bildirib ki, moldovalı qolkiperlə sözləşmənin müddəti daha 1 il uzadılacaq.

Qeyd edək ki, 34 yaşlı Namaşko cari mövsümün əvvəlindən "Keşlə"də çıxış edir.

Son xəbərlər

Bütün Xəbər Lenti