"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb

"Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb Samir Zərgərovu "Kəpəz"ə keçəcəyi gözlənilir
Futbol
22 Dekabr , 2017 12:48
Keşlə klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakının "Keşlə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, yarımmüdafiəçi Samir Zərgərov komandanı tərk edib.

31 yaşlı oyunçunun karyerasını "Kəpəz"də davam etdirəcəyi gözlənilir. Bu seçimdə Zərgərovun əslən Göygöldən olması və bu rayonun Gəncəyə yaxınlığı da rol oynayıb.

Qeyd edək ki, Samir Zərgərovdan əvvəl "Keşlə"ni Elnur Abdullayev, Mirabdulla Abbasov və İlkin Qırtımov tərk edib. Abdullayev "Sumqayıt"la müqavilə bağlayıb. Abbasovun da bu komanda ilə anlaşacağı gözlənilir. Qırtımov isə "Neftçi" keçəcək.

Son xəbərlər

Orphus sistemi