"Keşlə" klubu antirekorda imza atıb

"Keşlə" klubu antirekorda imza atıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” klubu tarixinin antirekorduna imza atıb.
Futbol
17 Sentyabr , 2018 14:34
Keşlə klubu antirekorda imza atıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” klubu tarixinin antirekorduna imza atıb.

"Report" Peşekar Futbol Liqasının saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bunu Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə məğlub olan Mladen Milinkoviçin rəhbərlik etdiyi kollektiv startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/2013 və 2013/2014 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.

Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan “Keşlə” həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədir. 1999/2000 və 2013/2014 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.

Qeyd edək ki, “Keşlə” cari mövsümdə “Sabah”a 0:1, “Səbail”ə 1:2, “Neftçi”yə 0:2 hesabı ilə uduzub, “Zirə” ilə heç-heçə edib – 2:2.

Son xəbərlər

Orphus sistemi