"Keşlə"nin legioneri: "Qarabağ"ı keçə bilərdik"

"Keşlə"nin legioneri: "Qarabağ"ı keçə bilərdik" Bakı. 21 dekabr. REPORT.AZ/ Çətin oyun keçdi. Liqadakı vəziyyətimizə görə kubokdakı oyun bizim üçün vacib idi. Mübarizə aparsaq da, alınmadı. Bəzən yaxşı oyun nümayiş etdirsən də, sonda belə nəticə ilə üzləşirsən. Növbəti ili düşünməliyik. Premyer Liqaya köklənməli və turnir cədvəlində yuxarı yerlərə qalxmağa çalışmalıyıq.
Futbol
21 Dekabr , 2018 01:51
Keşlənin legioneri: Qarabağı keçə bilərdik

Bakı. 21 dekabr. REPORT.AZ/ "Çətin oyun keçdi. Liqadakı vəziyyətimizə görə kubokdakı oyun bizim üçün vacib idi. Mübarizə aparsaq da, alınmadı. Bəzən yaxşı oyun nümayiş etdirsən də, sonda belə nəticə ilə üzləşirsən. Növbəti ili düşünməliyik. Premyer Liqaya köklənməli və turnir cədvəlində yuxarı yerlərə qalxmağa çalışmalıyıq".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Denis Silva evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra jurnalistlər üçün brifinqdə deyib.

Braziliyalı müdafiəçi digər sualları da cavablandırıb...

Hesabı siz açsanız da, sonradan üstünlüyü əldən verdiniz. Niyə belə alındı?

- Diqqətli olmadıq. İkinci hissənin ilk dəqiqələrində qapımızda qol gördük. Yaxşı komandamız və futbolçularımız var. Nümayiş etdirdiyimiz oyun yaxşı idi. Bəzən belə hallar da olur. Bundan dərs çıxarmalıyıq.

Necə düşünürsən: “Qarabağ”ı keçmək olardı?

- Əlbəttə, şanslarımız oldu. Yaxşı qol epizodları yaratdıq, yaxşı oynadıq. Düşünürəm ki, "Qarabağ"ı keçə bilərdik. Ancaq rəqib də güclü komandadır. Gələcək oyunları düşünməliyik.

Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...

- Bundan sonra liqanı düşünməliyik. Artıq bir cəbhədə qalmışıq. İndi işimizin nədən ibarət olduğunu yaxşı bilirik. Bütün fikrimizi çempionata cəmləməliyik. Heyətimizdəki güclü futbolçuları saxlamalı və komandamızı daha da gücləndirməliyik. Müsbət nəticələr üçün bu lazımdır. Yaxşı komandamız var. Bizi çətin oyunlar gözləyir. Fikrimcə, turnir cədvəlində yuxarı qalxacağıq.

Səncə, “Keşlə”yə yeni oyunçular lazımdır?

- Təbii ki, yeni oyunçular alınsa, yaxşı olar, komandamız daha da güclənər.

Son xəbərlər

Orphus sistemi