"Kəpəz" - "Xəzər Lənkəran" matçı başladıqdan sonra stadiona 5000-dək azarkeş havayı buraxılıb

"Kəpəz" - "Xəzər Lənkəran" matçı başladıqdan sonra stadiona 5000-dək azarkeş havayı buraxılıb Oyunu Gəncənin icra başçısı da izləyir
Futbol
24 Oktyabr , 2015 16:38
Kəpəz - Xəzər Lənkəran matçı başladıqdan sonra stadiona 5000-dək azarkeş havayı buraxılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Gəncədə Aşura mərasiminin keçirilməsinə baxmayaraq, futbol üzrə Azərbaycan Premyer Liqasının "Kəpəz" - "Xəzər Lənkəran" matçına maraq böyükdür. "Report"un məlumatına görə, azarkeşlər saat 15:00-da başlanan oyunu izləməyə dini mərasimdən dərhal sonra gəliblər. 

Hazırda stadionda 15 minə yaxın azarkeş var. Oyuna giriş pullu olduğu vaxt stadiona 10 minədək tamaşaçı daxil olub. Start fiti çalındıqdan sonra isə bilet satışı dayandırılıb və giriş pulsuz olub. Bundan sonra təxminən 5 min azarkeş stadiona axın edib. 

Oyuna maraq böyük olduğundan, komandanı dəstəkləməyə şəhərin icra başcısı Elmar Vəliyev də gəlib. Hələlik "Kəpəz" 1:0 hesabı ilə öndədir. 

Son xəbərlər

Orphus sistemi