"Kəpəz" klubunun rəhbərliyi komanda ilə görüşüb

"Kəpəz" klubunun rəhbərliyi komanda ilə görüşüb Görüşdə Elmir Vəliyev və Mikayıl Nərimanoğlu iştirak edib
Futbol
1 Aprel , 2016 15:49
Kəpəz klubunun rəhbərliyi komanda ilə görüşüb

Bakı. 1 aprel. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubunun Müşahidə Şurasının (MŞ) sədri Elmir Vəliyev və MŞ üzvü Mikayıl Nərimanoğlu AZAL-la oyunun hazırlığını Bakıda davam etdirən komandanın düşərgəsində olub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik məşq prosesini izləyib, məşqçilər korpusu və futbolçularla görüşüb.

E.Vəliyev komanda üzvlərini sonuncu turda "Zirə" üzərində qazanılan qələbə münasibətilə təbrik edib. Şuranın sədri "Kəpəz"in çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla Avropa Liqasına vəsiqə əldə etməyə yaxınlaşdığını bildirib və komandaya bu yolda kluba uğurlar arzulayıb.

M.Nərimanoğlu isə qazanılan qələbələrdə azarkeşlərin rolundan danışaraq komandaya fanatlar tərəfindən göstərilən böyük dəstəkdən bəhs edib.    

Son xəbərlər

Orphus sistemi