Gəncənin "Kəpəz" klubunun Müşahidə Şurasına iki rektor seçilib

Gəncənin "Kəpəz" klubunun Müşahidə Şurasına iki rektor seçilib Onlar İbrahim Cəfərovla Yusif Yusibovdur
Futbol
31 Avqust , 2015 10:50
Gəncənin Kəpəz klubunun Müşahidə Şurasına iki rektor seçilib

Gəncənin “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının tərkibi genişlənib. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, quruma daha iki üzv qəbul olunub. 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.

Qeyd edək ki, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyevin rəhbərlik etdiyi "Kəpəz"in Müşahidə Şurasında futbol veteranı Müzəffər Qasımov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist Mikayıl Quluyev, "DET-AL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri Namiq Məmmədov və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov da yer alır. 

Son xəbərlər

Orphus sistemi