"Kəpəz" klubunun futbolçusu ili başa vurub

"Kəpəz" klubunun futbolçusu ili başa vurub Müdafiəçi gələn ildən məşqlərə başlayacaq
Futbol
12 Dekabr , 2016 11:58
Kəpəz klubunun futbolçusu ili başa vurub

Bakı. 12 dekabr. REPORT.AZ/ Uzun müddət zədəli olan Gəncənin "Kəpəz" klubunun futbolçusu Şəhriyar Əliyevin müalicə prosesi başa çatıb. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, müdafiəçi bir müddət istirahət etməli və sonra məşqlərə başlamalıdır.

Ş.Əliyevin gələn ilin əvvəlindən məşqlərə start verməsi nəzərdə tutulub.

Bu müddətdə o, "İnter"lə Azərbaycan Kubokunun 1/4 final oyunlarını, eləcə də "Qəbələ" ilə Premyer Liqanın XIV tur matçını buraxmalı olacaq. 

Qeyd edək ki, sentyabrda "Qarabağ"la ev oyununda zədələnən futbolçu diz nahiyəsinin iç yan bağında gərilmə və ön çarpaz bağda degenerasiyadan əziyyət çəkib.

Son xəbərlər

Orphus sistemi