"Kəpəz" klubunun düşərgəsinə 2 legioner qoşulub

"Kəpəz" klubunun düşərgəsinə 2 legioner qoşulub Onlardan biri portuqaliyalı, digəri braziliyalıdır
Futbol
13 İyun , 2016 15:04
Kəpəz klubunun düşərgəsinə 2 legioner qoşulub

Bakı. 13 iyun. REPORT.AZ/ Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçən “Kəpəz”in düşərgəsinə iki yeni futbolçu qoşulub. 

"Report"un Gəncə klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, onların hər ikisi legionerdir.

Tam adı Serjio Manuel Kosta Karneyro olan və qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisidir. Son klubu ölkəsinin “Trofense” komandası olub. Əvvəllər “Beyra-Mar” və “Aruka” klublarında da çıxış etmiş 25 yaşlı orta xətt oyunçusu Portuqaliyanın 20 yaşlılardan ibarət yığma komandasının da şərəfini qoruyub.

Adı Renan da Silva Alves olan digər futbolçu braziliyalıdır. Bir il öncə Portuqaliyaya gələn 23 yaşlı Alves mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Pireney ölkəsində klubu “Jil Visente” olub.

Son xəbərlər

Orphus sistemi