Yuxarı

"Kəpəz"in futbolçusu: "İtirdiyimiz xalları sığortalamaq məcburiyyətindəyik"

Ötən mövsümdən daha çox qol vurmaq niyyətindəyəm

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Sumqayıt"la oyunumuz "Zirə" matçından daha çətin olacaq. Biz bunu bilirik və mübarizəyə hazırıq". 

"Report"un məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Julian Ebah klubun saytına açıqlamasında deyib.

Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"la keçiriləcək səfər görüşündən danışan hücumçu bu qarşılaşmadan qələbə ilə ayrılmağın vacib olduğunu bildirib: "Ötən turlarda AZAL və "İnter"lə oyunlarda itirdiyimiz xalları sığortalamaq məcburiyyətindəyik. Bu mövsüm daha çox xal toplamağın zəruri olduğunu yaxşı anlayırıq. Son iki oyunda fərqlənməyim həm mənim, həm də komandamın xeyrinə oldu".

Kamerunlu futbolçu əhval-ruhiyyəsinin düzəldiyini söyləyib: "Əhval-ruhiyyəm artıq düzəlib, məşqçilər korpusu, futbolçular və azarkeşlər mənə böyük ümidlər bəsləyirlər. Ötən mövsümdən daha çox qol vurmaq niyyətindəyəm".

Qeyd edək ki, sentyabrın 18-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Kəpəz" oyunu saat 18:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi