Yuxarı
    Bağlamaq

    "Kəpəz"in futbolçusu: "Divizionla Premyer Liqa arasında səviyyə fərqi açıq görünür"

    Rəqibin adı oyunun nə qədər məsuliyyətli keçəcəyindən xəbər verir

    Bakı. 3 dekabr. REPORT.AZ/ "Ağır oyun keçdiyini deməzdim. I Dizivionla Premyer Liqa arasında səviyyə fərqi açıq görünür". "Report"un məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Nicat Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ"la keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

    Yarımmüdafiəçi komandanın məqsədinə çatdığını bildirib: "Əsas olan mərhələ adlamaq idi və biz də bunu əldə etdik. Növbəti mərhələdə "İnter"lə qarşılaşacağıq. Rəqibin adı oyunun nə qədər məsuliyyətli keçəcəyindən xəbər verir. İlk oyunda səfərdə sərfəli nəticə qazanıb ikinci oyunda hər şeyi həll etməliyik. Diqqətimizi həm çempionata, həm də kuboka yönəltmişik. Bu yarışlar arasında fərq yoxdur. Nəzərə alaq ki, hər iki komanda iddialıdır. Çalışacağıq ki, mərhələ adlayan tərəf biz olaq".

    Qeyd edək ki, "Kəpəz" 1/8 finalda "Şahdağ" üzərində 5:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb. Gəncə təmsilçisinin 1/4 finaldakı rəqibi Bakının "İnter" klubu olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi