​“Kəpəz”in futbolçusu: "Alınmayanda top qapıdan keçmir ki, keçmir”

​“Kəpəz”in futbolçusu: "Alınmayanda top qapıdan keçmir ki, keçmir” Oyundan-oyuna fiziki durumumuzu daha yaxşı səviyyəyə çatdıracağıq
Futbol
17 Avqust , 2015 07:41
​“Kəpəz”in futbolçusu: Alınmayanda top qapıdan keçmir ki, keçmir”

Bakı. 17 Avqust. REPORT.AZ/ “Çoxlu qol imkanlarımız oldu, yararlana bilmədik. Mən bunu bəxtsizlik kimi qiymətləndirirəm”.

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda Gəncədə “Zirə” ilə 1:1 oynayan “Kəpəz” klubunun futbolçusu Tural Rzayev bildirib.

“Hər şey çox yaxşı idi. Azarkeşlərin dəstəyi yüksək səviyyədə idi. Biz bu gün çalışdıq ki, buna qarşılıq verək, lakin olmadı. Sonda mənim qol vurmaq imkanım da oldu, yararlana bilmədim. İnşaallah gələcək oyunlarda azarkeşlərimizi qələbə ilə sevindirərik.

Matçın 90 dəqiqə “Kəpəz”in üstünlüyü şəraitində keçdiyini vurğulayan T.Rzayev komandanın çoxlu qol imkanlarının olduğunu, lakin bundan yararlana bilmədiklərini qeyd edib:

“Mən bunu bəxtsizlik kimi qiymətləndirirəm. Bu futboldu. Bəzən belə olur. Alınmayanda alınmır. Top qapıdan keçmir ki, keçmir”.

Ftubolçuların fiziki səviyyəsinə toxunan futbolçu, bunun oyunda-oyuna daha yaxşı olacağını bildirib:

“Komanda demək olar ki, bir aydı yranıb. Oyundan-oyuna fiziki durumumuzu daha yaxşı səviyyəyə çatdıracağıq. Komandanın qol vurduqdan sonra geri çəkilməsi, məşqçinin taktiki gedişi idi. Əvəzetmələrdən sonra oyunu əks hücumlar üzərində qurmağa çalışdıq, bu bizdə alındı, sadəcə yaranan imkanlardan istifadə edə bilmədik. Biz bu gün 3 xal itirdik”.

Son xəbərlər

Orphus sistemi