"Kəpəz"in baş məşqçisinin səhhətində problem yaranıb

"Kəpəz"in baş məşqçisinin səhhətində problem yaranıb Şahin Diniyev təzyiqi qalxdığı üçün "Zirə" ilə oyundan sonra mətbuat konfransına qatıla bilməyib
Futbol
13 Mart , 2017 17:30
Kəpəzin baş məşqçisinin səhhətində problem yaranıb

Bakı. 13 mart. REPORT.AZ/ "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yaranıb. "Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra özünü pis hiss edib. 

Diniyevin təzyiqi yüksəldiyi üçün təcili yardıma ehtiyac duyulub. Həkim müdaxiləsindən sonra onun səhhəti normallaşıb. Bununla belə, baş məşqçi mətbuat konfransına qatıla bilməyib. Onu köməkçisi Füzuli Allahverdiyev əvəzləyib. 

Qeyd edək ki, "Zirə" ilə oyun "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi