Yuxarı

"Kəpəz" Dario Frederiko ilə müqavilə müddətini artırıb

Yarımmüdafiəçi gələn mövsüm də Gəncə klubunda olacaq

Bakı. 31 mart. REPORT.AZ/ Gəncənin "Kəpəz" klubu futbolçusu Dario Frederiko ilə müqavilə müddətini daha bir il artırıb. Bu barədə "Report"a komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, ötən ilin yayında komandaya cəlb olunan 25 yaşlı yarımmüdafiəçi 2016-2017 mövsümün sonunadək Gəncə təmsilçisinin heyətində çıxış edəcək.  

Qeyd edək ki, Dario Frederiko Azərbaycan Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib. Futbolçu hazırda bərpa dövrü keçir və yalnız mayda komandaya qoşula biləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi