Bakı. 24 iyun. REPORT.AZ/ Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Kəpəz"lə Moldova "Daçiya"sı arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşmanı Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək.
Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun
20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova)
Baş hakim: Aleksandr Qauzer
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Saxi
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Oleq Çıkun (Belarus)
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.