“Kayserispor”un futbolçusu Azərbaycan millisinə dəvət alıb
Futbol
- 03 iyul, 2019
- 06:12
Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinə dəvət alıb.
“Report” xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü “Hürriyet” nəşrinə bildirib. O, təklifə müsbət yanaşdığını deyib: “Təklif gəldiyi doğrudur. Düşünürəm və isti baxıram. Millidə oynamağı hər kəs istər. Əlbəttə, Türkiyə yığmasının formasını geyinmək istərdim. Ancaq Azərbaycan millisində də oynamaq da qürurverici olar”.
Qeyd edək ki, Hasan Hüseyin Acar ötən yay “Eskişehirspor”dan “Kayserispor”a keçib. Ötən mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 3 qol vuran yarımmüdafiəçi karyerası ərzində “Tokatspor” və “Göztepe”nin də formasını geyinib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.
Son xəbərlər
01:19
Azərbaycan klubu Çelenc Kubokunda mübarizəni dayandırıb
Komanda01:16
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
Futbol01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Hadisə23:57
"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib
İncəsənət23:45
Ursula fon der Lyayen: Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir
Digər ölkələr23:32