PSJ-nin futbolçusunun 200 min avroluq avtomobili oğurlanıb

PSJ-nin futbolçusunun 200 min avroluq avtomobili oğurlanıb Fransanın PSJ klubunun futbolçusu Edinson Kavaninin 20 min avroluq Range Rover Autobiography markalı avtomobili oğurlanıb.
Futbol
16 May , 2019 11:54
PSJ-nin futbolçusunun 200 min avroluq avtomobili oğurlanıb

Fransanın PSJ klubunun futbolçusu Edinson Kavaninin 20 min avroluq "Range Rover Autobiography" markalı avtomobili oğurlanıb.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, polis operativ əməliyyat tədbirləri ilə maşını tapıb. Oğru həbs olunub.

Son bir ildə PSJ-nin digər oyunçuları Erik Şupo-Motinq və Tyaqo Silvanın mənzillərindən də oğurluq olub.

Qeyd edək ki, Edinson Kavani PSJ-yə 2013-cü ilin yayında "Napoli"dən 64,5 milyon avroya keçib. Uruqvaylı hücumçu bu mövsüm Fransa Liqasında 19 oyuna 17 qol vurub. Onun Paris klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

Orphus sistemi