Bakı. 24 aprel. REPORT.AZ/ Karlo Ançelotti futbol üzrə İtaliya yığmasının yeni baş məşqçisi ola bilər.
"Report"un "Sky Sport"a istinadən verdiyi məlumata görə, İtaliya Futbol Federasiyası 59 yaşlı mütəxəssisə milli komandaya rəhbərlik etmək təklifi ünvanlayıb.
Yığmanın baş məşqçi postuna ən real namizəd isə hazırda Rusiyanın "Zenit" klubunda işləyən Roberto Mançini hesab olunur.
Qeyd edək ki, İtaliya milli komandası dünya çempionatının pley-off mərhləsində İsveç yığmasına uduzaraq, mundialdan kənarda qalıb.