Karlo Ançelotti İtaliya klubu ilə razılıq əldə edib

Karlo Ançelotti İtaliya klubu ilə razılıq əldə edib Bakı. 14 may. REPORT.AZ/ Tanınmış məşqçi Karlo Ançelotti İtaliyanın Napoli klubu ilə ilkin razılıq əldə edib.
Futbol
14 May , 2018 18:58
Karlo Ançelotti İtaliya klubu ilə razılıq əldə edib

Bakı. 14 may. REPORT.AZ/ Tanınmış məşqçi Karlo Ançelotti İtaliyanın "Napoli" klubu ilə ilkin razılıq əldə edib.

"Report"un "Calcionapoli24"ə istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisinin prezidenti Aurelio de Laurentis 59 yaşlı mütəxəssislə görüşüb və onu kluba rəhbərlik etməyə razı salıb.

Ançelotti bu həftə Neapol təmsilçisi ilə müqavilə imzalayacaq. O, bu postda Mauriçio Sarrini əvəzləyəcək.

Qeyd edək ki, "Napoli"nin hazırkı baş məşqçisi Mauriçio Sarri mövsümün sonunda komandanı tərk etməyə hazır olduğunu söyləyib. Komandanın İtaliya çempionatında bu mövsümü ikinci pillədə başa vuracağı dəqiqləşib. 

Son xəbərlər

Orphus sistemi