Yuxarı

Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar

Karateçilərimizdən 10 medal

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları Xorvatiyanın Samobor şəhərində keçirilən Qran Pridə 10 medal qazanıb.

“Report” xəbər verir ki, əldə olunmuş mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Katada Roman Heydərov 18 - 20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Ceyhun İsmayılov 16-17 yaşlılar arasında birinci yeri tutub.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18 - 20 yaşlı gənclər, +84 kq) gümüş medala yiyələnib. Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (16 - 18 yaşlı gənclər, 48 kq), Tural Yaqubov (16 - 18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (18 - 20 yaşlı gənclər, 60 kq) və Emil Güləhmədov isə (18 - 20 yaşlı gənclər, 84 kq) bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Qran Pridə 23 ölkədən 1621 karateçi mübarizə aparıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları 8 - 10 fevralda Danimarkanın Olborq şəhərində keçiriləcək Avropa çempionata gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi