Yuxarı

​Kanada yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb

Baş məşqçisi Benito Floro oyuna 24 futbolçu çağırıb

Bakı. 28 may. REPORT.AZ/ Kanada milli komandasının Avstriyada Azərbaycan və Özbəkistan yığmaları ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

"Report" Kanada Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçisi Benito Floro qarşıdakı oyunlara 24 futbolçu çağırıb.

Onlardan cəmi 4-ü yerli klubları təmsil edir, 1-i isə klubsuzdur.

Qapıçılar: Saymon Tomas ("Bodö-Qlimt", Norveç), Milan Borjan ("Ludoqorets", Bolqarıstan), Kenni Stamatopulos (AİK, İsveç);

Müdafiəçilər: Manjrekar Ceyms ("Dyoşdyor", Macarıstan), Deyan Yakoviç ("Şimidzu", Yaponiya), Devid Edqar ("Birmingem", İngiltərə), Doneyl Henri ("Vest Hem", İngiltərə), Adam Streyt ("Fredrikstad", Norveç), Marsel de Yonq ("Ottava Fyuri"), Stiven Vitoriya ("Benfika", Portuqaliya), Karl Uimette ("Nyu-York Red Bulls", ABŞ);

Yarımmüdafiəçilər: Juilan de Quzman ("Ottava Fyuri"), İen Hume ("Ponferradina", İspaniya), Uill Conson ("Toronto"), Devid Junior Hoylet, Maykl Petrasso (hər ikisi KPR, İngiltərə), Toseynt Rikkets (klubsuz), Samuel Pyette ("Deportivo", İspaniya), Skot Enfild ("Bernli", İngiltərə), Teşo Akindele ("Dallas", ABŞ);

Hücumçular: Nik Lejervud ("Edmonton"), Markus Haber ("Kryu Aleksandra", İngiltərə), Kayl Larin ("Orlando Siti", ABŞ), Simeon Cekson ("Blekbern Rovers", İngiltərə).

Qeyd edək ki, Azərbaycan - Kanada oyunu iyunun 3-də Avstriyada keçiriləcək. Lafnits şəhərindəki "Rorbax" stadionunda baş tutacaq qarşılaşmanın startı Bakı vaxtı ilə saat 21:00-da veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi