Kamran Ağayevin klubu Portuqaliya çempionatında növbəti xalını qazanıb - VİDEO

Kamran Ağayevin klubu Portuqaliya çempionatında növbəti xalını qazanıb - VİDEO Azərbaycan millisinin qapıçısı sarı vərəqə ilə cəzalandırılıb
Futbol
22 Oktyabr , 2016 02:30
Kamran Ağayevin klubu Portuqaliya çempionatında növbəti xalını qazanıb - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubunun heyətində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, ölkə kuboku da daxil olmaqla 4-cü matçına çıxan 30 yaşlı qapıçı "Maritimo" ilə səfər qarşılaşmasında əsas heyətdə yer alıb.

Millimizin yarımmüdafiəçisi Emin Mahmudovun adı isə bu dəfə də matçın protokoluna daxil edilməyib.

Oyunda hesabı meydan sahibləri açıblar. Görüşün 27-ci dəqiqəsində hakim Kamran Ağayevin qoruduğu qapıya 11 metrlik cərimə zərbəsi təyin edib. Dieqo Souza zərbəni dəqiq yerinə yetirib – 1:0. İkinci hissədə "Boavişta" hesabı bərabərləşdirə bilib. 52-ci dəqiqədə Karraska oyunda tarazlıq yaradıb. Matç bu hesabla da başa çatıb.

Hesab bərabərləşdikdən sonra top Kamran Ağayevdə olan zaman azarkeşlər onu fitə basmağa başlayıblar. Matçın 74-cü dəqiqəsində isə qapıçımız sarı vərəqə alıb. Bu, onun Portuqaliya çempionatında ilk cəzası olub.

Qeyd edək ki, "Boavişta" 8 oyundan sonra 9 xalla turnir cədvəlində 18 komanda arasında 10-cudur.

Portuqaliya çempionatı, VIII tur

"Maritimo" - "Boavişta" - 1:1

Qollar: Dieqo Souza, 27-pen - Karraska, 52.

Son xəbərlər

Orphus sistemi