Kamran Ağayevin cəzası azaldılmayacaq

Kamran Ağayevin cəzası azaldılmayacaq Məlik Həsənov: "FİFA və UEFA qaydalarında da yazılıb ki..."
Futbol
29 Yanvar , 2016 11:37
Kamran Ağayevin cəzası azaldılmayacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ "Kamran Ağayevə heç bir güzəşt tətbiq olunmayacaq". Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının baş direktoru və AFFA İntizam Komitəsinin üzvü Məlik Həsənov deyib.

Ağayev "Qəbələ"də çıxış etdiyi vaxt - ötən mövsümün ilk yarısının son tur matçının 76-cı dəqiqəsində "İnter"in futbolçusu Mikel Alvaronu vurduğu üçün 3 oyunluq cəzalandırılıb. Bundan sonra təcrübəli qapıçı Türkiyəyə üz tutub. O, yayadək "Kayserispor"da, bu mövsümün ilk yarısında isə "Karşıyaka"da çıxış edib. Yeni ildən "İnter"ə keçən qolkiperə AFFA İntizam Komitəsinin cəzası tətbiq edilsə, "bankirlər" Azərbaycan yığmasının əsas çərçivə qoruyucusunun xidmətindən ən yaxşı halda, XXII turdan yararlana biləcəklər. Bu səbəbdən, klub Apellyasiya Komitəsindən cəzaya yenidən baxılmasını xahiş edib.

Amma PFL rəsmisi bunun mümkünsüzlüyünü bildirib: "Kamranın 3 oyunluq cəzası azaldılmayacaq. FİFA və UEFA qaydalarında da yazılıb ki, ötən mövsümlərdən qalan cəza mütləq tətbiq olunmalıdır. Ona görə də "İnter" "Zirə", "Qəbələ" və AZAL-la oyunlarda Ağayevi iştirak ərizəsinə daxil edə bilməz".

Son xəbərlər

Orphus sistemi