Yuxarı

Kamran Ağayev: "Xalqımızı yaxşı nəticə ilə sevindirməyə çalışacağıq"

Kamran Ağayev: "Xalqımızı yaxşı nəticə ilə sevindirməyə çalışacağıq"

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimiz rəqibə qarşı oynamağın yolunu göstərib. Yaxşı nəticə ilə xalqı sevindirməyə çalışacağıq".

"Report" xəbər verir ki, bunu Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəkləri ilk tur matçından əvvəl mətbuat konfransında deyib.

32 yaşlı qolkiper rəqib haqqında lazımi məlumata malik olduqlarını söyləyib: "Kosovo yığmasının oyunları analiz olunub, müvafiq göstəriş verilib. Lakin biz öz oyunumuzu sərgiləsək, lazımi nəticəni əldə edəcəyik. Oyunçuların ustalığının köməyi var, amma oyunu komanda udur. Verilən tapşırıqları kollektiv halda yerinə yetirsək, nəticə əldə edərik".

"Ağayev "Niyə də yox?!" şüarına meyxana həsr etmişdiniz, bu dəfə belə bir fikiriniz varmı" sualına belə cavab verib: "Əvvəl oynayaq, sonrasına baxarıq".

Bu suala Qurban Qurbanov da reaksiya verib. O, "Kamran yavaş-yavaş meyxanadan uzaqlaşır. Bundan sonra bütün fikrini oyuna yönəldəcək" deyib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi