Yuxarı

Kamran Ağayev: "Nəticə pis və ya yaxşıdırsa, mənim də payım var"

Kamran Ağayev: "Nəticə pis və ya yaxşıdırsa, mənim də payım var"

"Komandamızın sonuncu pillədə olması üzücüdür. Artıq zədə ilə bağlı kollektivdən bir az kənarda qalmışam. Əlimdəki zədəyə görə hər gün xəstəxanaya gedirəm. Hazırda əlim gipsdədir. Gipsin nə vaxt açılacağı bəlli deyil".   

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin və Azərbaycan millisinin qapıçısı Kamran Ağayev komandasının və özünün hazırkı durumu ilə bağlı danışarkən deyib. 

33 yaşlı qolkiper toparlandıqdan sonra kollektivə qoşulacağını və komandanın bir parçası olduğunu söyləyib: "Nəticə pis və ya yaxşıdırsa, orada mənim də payım var. "Keşlə"nin bu vəziyyətdə olmasına biz futbolçular da cavabdehik. İnanıram ki, zamanla hər şey düzələcək. Bu komanda ötən mövsüm ölkə kubokunu qazanıb. "Keşlə" sıradan bir klub deyil. Sadəcə, uğursuzluq var. Bu isə hər bir klubda baş verir, hamının qalxıb və enən vaxtları olur". 

Təcrübəli oyunçu paytaxt təmsilçisinin baş məşqçisi Tərlan Əhmədovun istefasının qəbul olunmaması ilə bağlı xəbərləri mətbuatdan oxuduğunu bildirib: "Komandanın uğursuzluğunda hamımızın günahı var. Yəqin, nəsə düzgün getmir ki, uğursuzluq olur".

Ağayev Premyer Liqanın növbəti 5 turunda "Keşlə"nin "qara zolaq"dan çıxa biləcəyinə inandığını deyib: "Hər şey insanın öz əlindədir. Yalnız ölümə çarə yoxdur. İdmanda heç nə mümkünsüz deyil. Sadəcə, vuruşmaq və qələbə qazanmaq lazımdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi