Yuxarı

Kamran Ağayev: "Futbol karyeramın bitdiyini demək olmaz"

Klubsuz qalmağım millidən kənar məsələdir

San-Marino. 3 sentyabr. REPORT.AZ/ "Qrupun ilk oyunudur və çətin olacağını bilirik. Rəqib haqda məlumat verirlər, ancaq biz öz oyunumuzu düşünməliyik. Bütün Azərbaycan qələbə haqda düşünür".

"Report"un San-Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Kamran Ağayev San-Marino yığması ilə keçiriləcək DÇ-2018-in seçmə mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Otuz yaşlı əlcək sahibi sabah baş tutacaq görüş haqqında bunları bildirib:

"Əlimizdən gələni etməyə borcluyuq. San-Marinoya qələbə üçün gəlmişik. Düşünmürəm ki, bizim üçün qələbə qazanmaq çətin olacaq. Artıq nəticə verməyin vaxtıdır. Çətin olacaq, amma qələbə qazanmalıyıq. Biz qapıçıların mövqeyi elədir ki, ancaq müdafiə olunuruq. Amma hücum da qurulur. Zədə səbəbindən bir müddət əziyyət çəkmişəm. Səhv etmək niyyətində deyiləm. Meydana start heyətində çıxacağım, hələ hər şey demək deyil. Mən sabah tək Kamran Ağayevi yox, bütün Azərbaycan xalqını təmsil edəcəyəm. Klubsuz qalmağım millidən kənar məsələdir. Ancaq hamı zədədən qorunmalıdır. Bununla futbol karyeramın bitdiyini demək olmaz".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi