Kamran Ağayev Çexiya klubuna transfer olunub

Kamran Ağayev Çexiya klubuna transfer olunub "Mlada Boleslav" Avroliqanın III təsnifat mərhələsində mübarizə aparır
Futbol
21 İyul , 2017 03:31
Kamran Ağayev Çexiya klubuna transfer olunub

Bakı. 21 iyul. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubuna keçib.

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Duşan Uqrin açıqlama verib.

O bildirib ki, 31 yaşlı qolkiper heyətə cəlb olunan 3 yeni oyunçudan biridir. Uqrin Ağayevin gəlişi ilə komandadakı qapıçıların sayının 3-ə çatdığını bildirib. Digər 2 çərçivə qoruyucuları Yakub Diviş və Ludek Veymoladır.

"Mlada Boleslav" Avropa Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şemrok Rovers" klubunu səfərdə 3:2, evdə 2:0 hesabı ilə yenib. Növbəti mərhələdə rəqib Albaniyanın "Skenderbeu" klubu olacaq.

Son xəbərlər

Orphus sistemi