Kamran Ağayev "Boavişta"da növbəti oyununa çıxacaq

Kamran Ağayev "Boavişta"da növbəti oyununa çıxacaq Bu barədə komandanın baş məşqçisi açıqlama verib
Futbol
1 Oktyabr , 2016 16:18
Kamran Ağayev Boaviştada növbəti oyununa çıxacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliyanın "Boavişta" klubunun heyətində növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ervin Sançes klubun rəsmi saytına açıqlamasında bildirib.

O, Ağayevə yenidən şans verəcəyini deyib: "Qapıda Ağayev duracaq. Bundan əvvəl Mamadu Ba və Meyraya şans vermişdim. Bir oyuna görə, oyunçunun üzərində xətt çəkmək olmaz. Həmişə komanda üçün kimin xeyrinin daha çox olacağına baxmalıyıq".

Millinin qapıçısı "Boavişta"nın heyətində Portuqaliya Premyer Liqasının VI turunda "Portu" ilə səfər oyununda debüt edib. Həmin matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Portuqaliya Premyer Liqasının VII turunda "Boavişta" "Moreyrense"ni qəbul edəcək. Oktyabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi