Kamerun yığmasının baş məşqçisi istefaya göndərilib

Kamerun yığmasının baş məşqçisi istefaya göndərilib Uqo Broos rəhbərlik etdiyi kollektivlə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün postunu tərk etməli olub
Futbol
5 Dekabr , 2017 14:33
Kamerun yığmasının baş məşqçisi istefaya göndərilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Futbol üzrə Kamerun yığmasının baş məşqçisi Uqo Broos istefaya göndərilib.

“Report” “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, 65 yaşlı belçikalı mütəxəssis rəhbərlik etdiyi kollektivlə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün postunu tərk edib.

Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, U.Broos 2016-cı ilin fevralından Kamerun millisinə başçılıq edirdi. Onun komandası bu il keçirilən Afrika Millətlər Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi