Yuxarı

Joze Mourinyonun "Çelsi"dən istefasına səbəb olan futbolçular müəyyənləşib

İki ən ödənişli futbolçunun Mourinyonun qovulmasını istədikləri faktı klubun sahibi Roman Abramoviçin qərarına təsir göstərib

Bakı. 19 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçuları Sesk Fabreqasla Eden Azar Joze Mourinyonun baş məşqçi postundan istefasının əsas təşəbbüsçüləri olublar. "Report"un məlumatına görə, bu barədə NBC Sport situasiya ilə tanış olan mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, məhz 28 yaşlı ispaniyalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin əsas rəqibi olub. Fabreqas Mourinyo və onun davranışından rəhbərliyə şikayət edib. 52 yaşlı baş məşqçi isə son uğursuzluqlarla əlaqədar bir neçə həftə ərzində paltardəyişmə otağında gərgin durumla mübarizə aparıb. İki ən ödənişli futbolçunun Mourinyonun qovulmasını istədikləri faktı klubun sahibi Roman Abramoviçin qərarına təsir göstərib.

Qeyd edək ki, "Çelsi" Joze Mourinyonu dekabrın 17-də istefaya göndərib. Kompensasiya məbləği 12 milyon funt sterlinq təşkil edib. Mövsümün sonunadək komandaya əvvəllər də "zadəganlar"la çalışmış Qus Hiddinkin rəhbərlik edəcəyi bildirilir. Mourinyonun rəhbərliyi altında son oyununda "Çelsi" səfərdə "Lester"ə uduzub - 1:2. Bununla da London komandası, Premyer Liqanı tərk etmələri ilə nəticələnmiş 1978-1979-cu il mövsümündən sonra ilk dəfə 16 tur ərzində 9-cu məğlubiyyətlə üzləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi