Yuxarı

​Joze Mourinyo və ya Qus Hiddink İndoneziya yığmasının baş məşqçisi ola bilər

Bu barədə İndoneziyanın idman və gənclər siyasəti naziri İmam Naxrav açıqlama verib

Bakı. 10 may. REPORT.AZ/ Futbol üzrə İndoneziya yığma komandasına İngiltərənin "Çelsi" klubunun sabiq və hazırkı baş məşqçiləri Joze Mourinyo və ya Qus Hiddink rəhbərlik edə bilər. "Report"un "FourFourTwo"ya istinadən verdiyi məlumata görə, bu barədə adı çəkilən ölkənin idman və gənclər siyasəti naziri İmam Naxrav açıqlama verib.

O bildirib ki, hazırda İndoneziya Futbol Federasiyasının rəhbəri Coko Vidodo, yerli Olimpiy Komitəsinin rəhbərliyi və İtaliyanın "İnter" klubunun sahibi Erik Tohirlə mümkün təyinat müzakirə edilir. E.Toxir portuqaliyalı mütəxəssisin orta illik əmək haqqının 13-16 milyon avro olduğunu söyləyib.

"Komandamızın baş məşqçisi əcnəbi olacaq. Onun köməkçiləri arasında isə yerli məşqçilər yer alacaq. Bu, milliyə olan inamı qaytarmağa kömək edəcək və oyunçularda döyüşkən ruh yaradacaq. Bu plan haqda ciddi müzakirə aparırıq. Buna baxmayaraq, başa düşürük ki, çətindir" - deyə, İ.Naxravi bildirib.

Qeyd edək ki, İndoneziya yığması hazırda FİFA-nın reytinq siyahısında 185-ci pillədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi