Joze Mourinyo “Mançester Yunayted”i tərk edə bilər

Joze Mourinyo “Mançester Yunayted”i tərk edə bilər Portuqaliyalı mütəxəssis klubun transfer siyasətindən narazıdır
Futbol
4 Yanvar , 2018 13:25
Joze Mourinyo “Mançester Yunayted”i tərk edə bilər

Bakı. 4 yanvar. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo cari mövsümün sonunda postundan ayrıla bilər.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 54 yaşlı mütəxəssislə klub rəhbərliyi arasında fikir ayrılığının yaranmasıdır. 

Portuqaliyalı məşqçi “Tottenhem”in müdafiəçisi Denni Rouzun transferi üçün 45 milyon avro ayrılmamasından narazıdır. O hesab edir ki, klubun transfer siyasəti “Mançester Siti” ilə rəqabət aparmağa imkan vermir.

Qeyd edək ki, J.Mourinyonun 2019-cu ilin yayına qədər “Mançester Yunayted”lə müqaviləsi var. Onun rəhbərlik etdiyi kollektiv İngiltərə Premyer Liqasında 47 xalla 2-ci sıradadır və lider “Mançester Siti”dən 15 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi