Yuxarı

​Joze Mourinyo futbolçuların zarafat etməsinə qadağa qoyub

Qərar komandanın uğursuzluğu ilə bağlıdır

Bakı. 15 sentyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo uğursuz nəticələrdən sonra komandada ciddi ab-hava yaratmaq üçün yeni üsula əl atıb. "Report"un məlumatına görə, portuqaliyalı mütəxəssis komanda daxilində futbolçulara bir-birilə zarafatlaşmağı qadağan edib.

O, paltardəyişmə otağında da ciddiliyin hökm sürməsini istəyib.

Qeyd edək ki, 5 turdan sonra 4 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Cari mövsüm "zadəganlar"ın aktivində bir qələbə və bir heç-heçə var. London təmsilçisi 3 oyunda meydanı xalsız tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi