Yuxarı

Kamerunun 9 klubu bir ildən çoxdur oyunçularına maaş vermir

Jeremi Njitap: "Futbolçuların uşaqlarına yedirməyə heç nə yoxdur"

Bakı. 8 fevral. REPORT.AZ/ Kamerunun futbol çempionatının doqquz klubu bir mövsümdən çoxdur öz oyunçularına maaş ödəmir.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

"Vəziyyət faciəlidir. Biz futbolçulardan zənglər qəbul edirik, hansılar ki, uşaqlarına yedirməyə heç nələri yoxdur və bu şoka salır. Maaşsız futbolçular müqavilə matçların zəif bağlanırlar", - deyə Kamerun oyunçuları Həmkarlar İttifaqının prezidenti Jeremi Njitap bildirib.

Qeyd edilir ki, bütün komandalar öz klubunun hər bir futbolçusuna dövlətdən yardım alır. Həm də ödəmə aylıqdır və sabitdir.

Daha əvvəl Bakının “Keşlə” klubu Kamerun millisinin sabiq futbolçusunu baxışa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi