​İqor Akinfeyevə fayer atan azarkeş həbs olunub

​İqor Akinfeyevə fayer atan azarkeş həbs olunub Luka Lazareviç 750 avro cərimə də ödəyəcək
Futbol
28 Aprel , 2015 17:51
​İqor Akinfeyevə fayer atan azarkeş həbs olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Futbol üzrə AVRO-2016-nın seçmə mərhələsində Çernoqoriya ilə Podqoritsa şəhərindəki oyun zamanı Rusiya milli komandasının qapıçısı İqor Akinfeyevə fayer atan azarkeş Luka Lazareviç haqda həbs qərarı çıxarılıb. 

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, çernoqoriyalı fanat 3.5 ay müddətinə azadlıqdan məhrum edilib və 750 avro cərimələnib.

Lazareviç həmin məbləği ödəməkdən imtina edəcəyi təqdirdə, onun həbs müddəti 6 ayadək artırıla bilər. Bundan əlavə, qapıçıya fayer atan azarkeşin öz əməlini etiraf etməsi və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması yüngülləşdirici hal kimi qeydə alınıb.

Xatırladaq ki, Çernoqoriya - Rusiya matçının 1-ci dəqiqəsində tribunadan meydana atılan fayer qonaqların qapıçısı İqor Akinfeyevin xəsarət alması ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi