İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub O, maliyyə fırıldağında şübhəli bilindiyi üçün saxlanılıb
Futbol
26 Aprel , 2017 17:32
İngiltərə Premyer Liqasına vəsiqə qazanan klubun icraçı direktoru həbs olunub

Bakı. 26 aprel. REPORT.AZ/ İngiltərənin “Nyukasl” futbol klubunun icraçı direktoru Li Çarnli maliyyə fırıldağında şübhəli bilindiyi üçün həbs olunub. 

“Report”un “Daily Mail” nəşrinə istinadən verdiyi məlumata görə, onunla yanaşı, daha bir neçə futbol məmuru saxlanılıb.

Böyük Britaniya vergi idarəsi zabitlərinin İngiltərə və Fransada apardıqları axtarışlar zamanı müxtəlif sənədlər, maliyyə hesabatları, kompüter və telefonlar müsadirə olunmaqla yanaşı, L.Çarnli vergi və gömrük ödənişlərindən yayınması ilə bağlı dindirilib.

Nəşrin yazdığına görə, daha bir klub rəhbəri barəsində araşdırma aparılır. Həmçinin İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" klubunun stadionunda da axtarış olub.

Bildirilir ki, ötən müddət ərzində 12 klub, 43 futbolçu və 12 agentlə bağlı da araşdırmalar həyata keçirilib.

Qeyd edək ki, Li Çarnli 2014-cü ildə "Nyukasl"ın icraçı direktoru vəzifəsinə təyin olunub. Çempionşipdə (İngiltərənin I Divizionu) mübarizə aparan “sağsağanlar” aprelin 24-də 44-ci tur çərçivəsində "Preston"u 4:1 hesabı ilə məğlub etməklə, vaxtından əvvəl Premyer Liqaya vəsiqə qazanıb. Hazırda 92 xalla 1-ci pillədə qərarlaşan və ən yaxın izləyicisi “Nyukasl”ı 4 xal qabaqlayan “Brayton” klubu da elitada iştirak hüququna yiyələnib.

Son xəbərlər

Orphus sistemi