İvan Yaremçuk: "Həmin vaxt Azərbaycan futbolunun səviyyəsi çox yüksək idi" - MÜSAHİBƏ

İvan Yaremçuk: "Həmin vaxt Azərbaycan futbolunun səviyyəsi çox yüksək idi" - MÜSAHİBƏ Kiyev. 27 iyul. REPORT.AZ/ Keçmiş SSRİ yığmasının tanınmış futbolçusu İvan Yaremçuk Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
Futbol
27 İyul , 2018 15:50
İvan Yaremçuk: Həmin vaxt Azərbaycan futbolunun səviyyəsi çox yüksək idi - MÜSAHİBƏ
0 : 00
0 : 00

Kiyev. 27 iyul. REPORT.AZ/ Keçmiş SSRİ yığmasının tanınmış futbolçusu İvan Yaremçuk Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. 

"Report"un əməkdaşının da iştirak etdiyi müsahibədə 56 yaşlı sabiq yarımmüdafiəçi Azərbaycan futbolunun hazırkı durumunu dəyərləndirib, eyni zamanda ölkəmizlə bağlı xatirələrini bölüşüb.

- Azərbaycan futbolu barədə fikirlərinizi bilmək istərdik. “Qarabağ” ötən il ilk dəfə Çempionlar Liqasının qrupuna düşdü. Həmçinin “Neftçi” və digər klublarımız da Avropa Liqasında çıxış edib...

- Məndə xüsusi məlumat yoxdur. Buna görə də, nəsə demək çətindir. Altı il çıxış etdiyim SSRİ yığması və Kiyev “Dinamo”sunda oynadığım vaxtlar “Neftçi” ilə qarşılaşmışam. Onu deyə bilərəm ki, həmin vaxt Azərbaycan futbolunun səviyyəsi çox yüksək idi. Xüsusilə də, “Neftçi”ni fərqləndirərdim. Bu komanda Azərbaycanın bir nömrəsi idi. Düşünürəm ki, indi də ölkənizdə futbol inkişaf edir. Bütün ölkələrin klubları legionerlər alır, onlarla heyətlərini gücləndirirlər. Yəqin ki, sizin klublar da legionerlər hesabına güclərinə güc qatırlar. Bu gün sizin səfirliyinizdə qonaq olmaq mənə xoşdur. Sizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunur. Bu, tarixi hadisədi. Dəvət olunduğum üçün təşəkkür edirəm.

- Həmin dövrdə sizinlə qarşılaşan “Neftçi”nin futbolçularından kimi xatırlayırsınız?

- Hamısını xatırlamıram. Yadıma Ponomaryov, Cavadov gəlir. İndi xatırlamaq çətindir. Amma həm futbolçular, həm də komanda yaxşı idi. Öz adımdan və bütün “Dinamo”çular adından komandalarınıza avrokuboklarda uğurlu çıxışlar arzulayıram. Sizin komandaların çıxışını izləyəcəm. Onların daha da irəli getməsini arzulayıram. Vaxtilə Kuboklar Kubokunu qazanmışam. Klublarınıza da belə uğurlar arzulayıram.

- Belə söz-söhbət var ki, “Neftçi” ilə Kiyev “Dinamo”su SSRİ dönəmində dostluq edirdi və lazım olanda bir-birilərinə xallar verirdilər. Belə şeylər olubmu?

- Əlbəttə. Futbolçular öz aramızda həmişə ünsiyyətdə olurduq. Futbol siyasətdən uzaqdır. Oyunçular həm meydanda, həm də ondan kənarda bir-biriləri ilə görüşürlər. Meydanda “döyüşürdük”, gözlərdən qığılcım çıxırdı, hər klubun qarşısına vəzifələr qoyulur. Amma qarşılaşmadan sonra dostluq edir, görüşürük. Hesab edirəm ki, belə də olmalıdır.

- Ukrayna futbolunun uğurları üçün çalışan azərbaycanlı mütəxəssis Əhməd Ələsgərovu xatırlayırsınızmı?

- Əlbəttə. Ümumiyyətlə, o vaxtdan xatırlanası çox şeylər var. Amma SSRİ-nin dağılmasından 27 il keçib. Hamısını yada salmaq bir az çətindir.

- Ukrayna veteranlar yığmasının heyətində Azərbaycanda olmusunuz...

- Bəli, 7-8 il əvvəl belə bir səfər etmişdik. Belə matçların müntəzəm təşkil olunması istəyərdim. Futbol insanları birləşdirir. Bu səbəbdən belə qarşılaşmaların hər il baş tutması yaxşı olardı. Ümid edək ki, ölkələrimiz təkcə futbolda yox, bütün sahələrdə əməkdaşlıq edəcək.

- Azərbaycanda məşqçi kimi çalışa biləcəyinizi gizlətməmisiniz...

- Prinsipcə, mümkündür. Bizdən həmişə hər yerdə nəticə tələb olunur. Məşqçinin qarşısına müəyyən vəzifə qoyulur. O da gələndə yeni oyunçular alınmasını istəyir. Lakin həmin futbolçular qarşıya qoyulan məqsədə çatmaq üçün hər zaman yetərli olmur. Yenə də düşünmək olar.

Son xəbərlər

Orphus sistemi