Ronaldu xəstəliyə tutulub

Ronaldu xəstəliyə tutulub İtaliyanın Yuventus klubunun futbolçusu Kriştianu Ronaldu komandanın son məşqində iştirak etməyib.
Futbol
17 Yanvar , 2020 10:38
Ronaldu xəstəliyə tutulub

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komandanın son məşqində iştirak etməyib.

"Report"un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı hücumçunun xəstələnməsi səbəb olub.

Sinusit (burnunun selikli qişasının bir və ya bir neçə əlavə boşluqlarının iltihabı) xəstəliyinə tutulan 35 yaşlı futbolçunun İtaliya A Seriyasının 20-ci turunda "Parma"ya qarşı keçiriləcək görüşdə oynayıb-oynamayacağı da məlum deyil.

Qeyd edək ki, Ronaldu daha öncə eyni səbəbdən "Udineze" ilə kubok matçında da komandasına kömək edə bilməyib. 

Son xəbərlər

Orphus sistemi