Yuxarı

​İtaliyanın "Parma" klubu 20 mln. avroya satışa çıxarılıb

Komandanın gələcək sahibi həm də klubun 74 mln. avroluq borclarını da öz üzərinə götürməlidir

Bakı. 21 aprel. REPORT.AZ/ Ciddi maliyyə çətinlikləri ilə üzləşən İtaliyanın "Parma" futbol klubu satışa çıxarılıb. 

"Report" "TASS"a istinadən xəbər verir ki, "Parma"nın futbolçularına bu mövsümdə maaş verilməyib. Klubun bütün əmlakına həbs qoyulub. Məhkəmənin qərarı ilə "Parma" bankrot elan edilib.

Klubun aktivləri ilkin qiyməti 20 mln. avro müəyyənləşdirilərək hərraca çıxarılıb. Komandanın gələcək sahibi həm də klubun 74 mln. avro məbləğində olan borclarını da öz üzərinə götürməlidir. Bu borclar ödənildiyi təqdirdə "Parma" növbəti mövsümə İtaliya çempionatının ikinci divizionunda başlaya bilər (seriya B). 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi