İtaliyalı futbolçu: "Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı"

İtaliyalı futbolçu: "Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı" Bakı. 30 aprel. REPORT.AZ/ İtaliyanın Fiorentina klubunun futbolçusu Federiko Kyeza atası Enriko Kyeza ilə münasibətlərindən danışıb.
Futbol
30 Aprel , 2018 18:44
İtaliyalı futbolçu: Qarabağa qol vuranda atam sevincindən telefonunu sındırdı

Bakı. 30 aprel. REPORT.AZ/ İtaliyanın "Fiorentina" klubunun futbolçusu Federiko Kyeza atası Enriko Kyeza ilə münasibətlərindən danışıb.

"Report"un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, "Times" nəşrinə müsahibə verən 21 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu qolu da xatırlayıb: "Peskara" ilə oyunda qırmızı vərəqə almışdım. Həmin vaxt atam 3 gün mənimlə danışmadı. Amma "Qarabağ"a qol vuranda atam sevincindən telefonunu sındırdı".

Qeyd edək ki, Federiko Kyeza 2016-2017 mövsümündə Avropa Liqasının qrup mərhələsinin sonuncu oyununda səfərdə "Qarabağ"la oyunda fərqlənib. Hücumçu 84-cü dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. O, 1996-2001-ci illər ərzində İtaliya milli komandasında çıxış etmiş məşhur Enriko Kyezanın oğludur. 

Son xəbərlər

Orphus sistemi