İtaliyalı futbolçu koronavirusdan sağaldı

İtaliyalı futbolçu koronavirusdan sağaldı İtaliyanın Sampdoriya klubunun futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.
Futbol
31 Mart , 2020 19:14
İtaliyalı futbolçu koronavirusdan sağaldı

İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Manolo Qabbyadini bir müddət öncə yoluxduğu koronavirus xəstəliyinə qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə italiyalı hücumçu yerli mətbuata açıqlamasında bildirib.

29 yaşlı forvardın sözlərinə görə, xəstəliyi yüngül formada keçirib: "Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı. Amma qaydalara görə, xəstəliyə qalib gəldiyimə tam əmin olmaq üçün daha bir sutka gözləməli, bundan sonra isə növbəti dəfə analiz verməliyəm".

Qeyd edək ki, Manolo Qabbyadini "Sampdoriya"da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra daha 6 komanda yoldaşında virusun simptomları aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi