İtaliyada futbolçu ana və bacısını qətlə yetirib

İtaliyada futbolçu ana və bacısını qətlə yetirib Qanalı Solomon Nyantaki Milanda saxlanılıb
Futbol
13 İyul , 2017 17:56
İtaliyada futbolçu ana və bacısını qətlə yetirib

Bakı. 13 iyul. REPORT.AZ/ İtaliya çempionatının V divizionunda çıxış edən “İmoleze” klubunun futbolçusu Solomon Nyantaki anasını və bacısını qətilə yetirdiyini boynuna alıb.

“Report”un “Football Italia”ya istinadən verdiyi məlumata görə, 21 yaşlı qanalı yarımmüdafiəçi cinayəti Parma şəhərindəki şəxsi evində törətdiyini etiraf edib. O, 43 yaşlı anasını və 11 yaşlı bacısını bıçaqla öldürdüyünü söyləyib.

Qeyd edək ki, Milanda Solomon Nyantaki 2015-ci ildə “Parma” klubunda çıxış etdiyi dövrdə İtaliyada ən perspektivli futbolçulardan hesab olunub.

Son xəbərlər

Orphus sistemi