Yuxarı

İtaliya və İspaniya AVRO-2020-nin seçmə mərhələsində mübarizəyə başlayır - AFİŞA

​İtaliya və İspaniya AÇ-2020 seçmə mərhələsində mübarizəyə başlayır

Bu gün AVRO-2020-nin seçmə mərhələsində I turun oyunlarına yekun vurulacaq.

"Report" xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq.

"F" qrupunda mübarizə aparan İspaniya evdə Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.

"J" qrupunun favoriti İtaliya evdə Finlandiyanı sınağa çəkəcək. Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı, Lixtenşteyn isə Yunanıstanı qəbul edəcək.

Daha iki qarşılaşma isə "D" qrupunda olacaq. Gürcüstan evdə İsveçrə ilə, İrlandiya isə səfərdə Cəbəllütariqlə qarşılaşacaq.

AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

AVRO-2020, seçmə mərhələ

I tur

D qrupu

18:00. Gürcüstan – İsveçrə

21:00. Cəbəllütariq - İrlandiya

F qrupu

21:00. Malta – Farer adaları

21:00. İsveç - Rumıniya

23:45. İspaniya - Norveç

J qrupu

23:45. Bosniya və Herseqovina – Ermənistan

23:45. İtaliya - Finlandiya

23:45. Lixtenşteyn - Yunanıstan.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi