İtaliya tarixində ilk dəfə milli komandanın baş məşqçisi qadın olacaq

İtaliya tarixində ilk dəfə milli komandanın baş məşqçisi qadın olacaq Həmin oyunlardan biri Almaniya millisinə qarşı keçiriləcək
Futbol
17 Mart , 2017 12:51
İtaliya tarixində ilk dəfə milli komandanın baş məşqçisi qadın olacaq

Bakı. 17 mart. REPORT.AZ/ İtaliyanın futbol tarixində ilk dəfə ölkənin kişilərdən ibarət milli komandasında qadın mütəxəssis məşqçi olacaq. 

“Report” “La Repubblica”ya istinadən xəbər verir ki, Patrisiya Paniko İtaliyanın 16 yaşlılardan ibarət milli komandasına iki oyuna rəhbərlik edəcək. Həmin oyunlardan biri Almaniya millisinə qarşı keçiriləcək.

Paniko 19 yaşlılardan ibarət milli komandanın baş məşqçisi Daniele Zorattonun köməkçisidir. Yığmaların oyun qrafikində sıxlıq yarandığından, Zoratto 19 yaşlılarla işləyəcək. Ona görə də 16 yaşlıları iki oyuna Paniko çıxaracaq.

O, qadınlardan ibarət İtaliya milli komandasında 196 oyun oynayıb, 1999-cu il dünya birinciliyində və seçmə mərhələnin 5 oyununda iştirak edib.

Patrisiya Paniko futbol üzrə 10 qat İtaliya çempionudur. 

Son xəbərlər

Orphus sistemi