İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI

İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI “La Gazzetta dello Sport” Campyero Venturanı əvəzləyə biləcək mütəxəssislərin siyahısını tərtib edib
Futbol
14 Noyabr , 2017 10:00
İtaliya millisinin baş məşqçisi vəzifəsinə namizədlərin adları açıqlanıb - SİYAHI

Bakı. 14 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya millisinin baş məşqçisi postunda Campyero Venturanı əvəzləyə biləcək mütəxəssislərin siyahısı açıqlanıb.

“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, yığmanın sükanı arxasına keçməyə 4 namizəd var.

Bunlar yaxınlarda Almaniya təmsilçisi “Bavariya”nın baş məşqçi vəzifəsindən istefaya göndərdiyi Karlo Ançelotti, İngiltərənin “Çelsi” komandasını çalışdıran Antonio Konte, Rusiya “Zenit”inə rəhbərlik edən Roberto Mançini və İtaliya çempionu “Yuventus”un sükanı arxasında olan Massimiliano Alleqridir.

Nüfuzlu nəşrin apardığı sorğu zamanı azarkeşlərin 70 faizi İtaliya yığmasının baş məşqçisi postunda K.Ançelottini görmək istədiklərini bildiriblər. A.Konte səslərin 20, R.Mançini ilə M.Alleqri isə hərəyə 5 faizini toplayıb.

Qeyd edək ki, C.Ventura ilə bağlı qərar onun İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio görüşündən sonra açıqlanacaq. Böyük ehtimalla, 69 yaşlı mütəxəssislə əməkdaşlığa son qoyulacaq.

Son xəbərlər

Orphus sistemi