İtaliya klubunun baş məşqçisi istefaya göndərilib

İtaliya klubunun baş məşqçisi istefaya göndərilib Bu qərar ölkə kubokunda "Yuventus"a məğlubiyyətdən sonra verilib
Futbol
4 Yanvar , 2018 09:26
İtaliya klubunun baş məşqçisi istefaya göndərilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Sinişa Mixayloviç İtaliyanın "Torino" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. "Report"un məlumatına görə, bu, ölkə kubokunun 1/4 finalında "Yuventus"a 0:2 hesablı məğlubiyyətdən sonra baş verib.

Turin derbisində uduzan "Torino" mübarizəni dayandırıb. "Yuventus" isə yarımfinalda "Atalanta"ya rəqib olub. Digər yarımfinalda "Milan"la "Latsio" üz-üzə gələcək. İlk görüşlər yanvarın 31-də, cavab qarşılaşmaları isə fevralın 28-də keçiriləcək.

Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Sinişa Mixayloviç bu komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi. O, əvvəllər "Milan", "Sampdoriya", "Fiorentina", "Kataniya", "Bolonya" klublarında və Serbiya yığmasında çalışıb.

Son xəbərlər

Orphus sistemi