Bakı. 11 sentyabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubu futbolçusu Mauro İkardi ilə yeni müqavilə imzalayacaq.
"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu yeni sözləşməyə əsasən, 2023-cü ilə qədər Milan təmsilçisinin şərəfini qoruyacaq. Argentinalı forvard illik 6 milyon avro qazanacaq.
Artıq klub və futbolçu arasında razılıq də əldə olunub. Klub rəsmi olaraq müqavilənin uzadılmasını yaxın vaxtlarda açıqlayacaq.
Qeyd edək ki, Mauro İkardi 2013-cü ildən "İnter"də çıxış edir.