Yuxarı
    Bağlamaq

    İtaliya KİV: "Qarabağ" 900 min avroya italiyalı hücumçu alır

    Bu, B Seriyasında çıxış edən klubun futbolçusudur

    Bakı. 24 may. REPORT.AZ/ "Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. "Report"un "Tuttomercatoweb" nəşrinə istinadən verdiyi məlumata görə, bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.

    "Fişano Messisi" ləqəbli Çitroya 3 illik müqavilə üçün 900 min avro əmək haqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan "Benevento" da istəyir. Lakin futbolçunun özü "Qarabağ"ın cəlbedici təklifinə müsbət yanaşır.

    Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi