Bakı. 30 dekabr. REPORT.AZ/ "İnter" futbol üzrə İtaliya çempionatının 19-cu turunda "Latsio" ilə 0:0-lıq heç-heçə edib.
“Report” xəbər verir ki, bu heç-heçə sayəsində "İnter" xallarını 41-ə çatdıraraq turnir cədvəlinin üçüncü pilləsində qalıb.
"Latsio"nun aktivində 37 xal var və komanda beşinci yerdə qərarlaşıb.
Çempionatın 20-ci turunda "Latsio" səfərdə SPAL-ın, "İnter" isə "Fiorentina"nın qonağı olacaq. Oyunlar müvafiq olaraq 6 və 5 yanvar tarixlərində keçiriləcək.